Yaşar Kamal Uğurlu hakimliklə vidalaşıb
05.02.2025 - 13:24
![Yaşar Kamal Uğurlu hakimliklə vidalaşıb](https://apasport.az/storage/news/2025/february/05/big/67a32d2d02d4867a32d2d02d49173874718167a32d2d02d4667a32d2d02d47.jpg)
Türkiyə Super Liqasında və Avropada bir çox matçları idarə edən Yaşar Kamal Uğurlu hakimliklə vidalaşıb.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsi məlumat yayıb:
"Karyerasına 2002-ci ildə başlayan və 2025-ci ilə qədər Türkiyədə peşəkar liqalarda ümumilikdə 576 matçda iştirak edən Yaşar Kamal Uğurlu hakimliklə vidalaşıb".
Qeyd edək ki, MHK yaxın günlərdə Uğurlunun hakimlik dərəcəsini aşağı səviyyəyə salmışdı.
0
0