“Yuventus” Kenan Yıldız üçün qərarını verdi
06.12.2024 - 14:26

İtaliya A Seriyası təmsilçilərindən “Yuventus”da türkiyəli gənc ulduz Kenan Yıldızın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, klub astronomik təklif gəlməyəcəyi təqdirdə oyunçunu satmağı planlaşdırmır.
“Mançester Yunayted”, “Arsenal”, “Liverpul”, PSJ kimi komandaların izlədiyi futbolçunun “qoca sinyora” ilə hazırki müqaviləsi 2029-cu ilə qədərdir.
Qeyd edək ki, 19 yaşlı forvard bu mövsüm “Yuventus”un heyətində çıxdığı 19 rəsmi matçda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- 2022-ci ilin bombardirləri açıqlandı: Kadi Borqes dünya ulduzlarını qabaqlayır
- “Araz-Naxçıvan”dan ilk transfer: İsrailli pleymeyker
- Çempionlar Liqası əvəzinə Avropa Liqasının himni səsləndirildi - VİDEO
- Belajdi Pusi: "Bəzi məqamlarda diqqətimiz yayındı" - Müsahibə
- “Barselona” qapıçısı ilə razılığa gəldi
0
0