“Yuventus”da yeni müqavilə - RƏSMİ
18.04.2026 - 20:24
“Yuventus”da yeni müqavilə - RƏSMİ

"Yuventus" kapitan Manuel Lokatellinin müqaviləsinin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək  ki, "Yuventus" Manuel Lokatellini 2021-ci ilin yayında "Sassuolo"dan transfer edib. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm "qoca sinyora"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.