“Yuventus”dan Di Mariya qərarı
22.05.2023 - 11:49
“Yuventus”un futbolçusu Anxel di Mariya yayda klubunu dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, argentinalı vingerin azad agent statusu alacağı gözlənilir.
İtaliya klubu onunla müqaviləni uzatmaq fikrində deyil. Turinlilər öncə 35 yaşlı futbolçunu heyətində saxlamaq istəsə də, sonradan qərarını dəyişib. Klub rəhbərliyi heyəti gəncləşdirmək fikrindədir.
Qeyd edək ki, Di Mariya 2022-ci ilin yayından “Yuventus”da forma geyinir.
- Şahrudin Məhəmmədəliyev: "Qarabağ"dan başqa da təkliflərim var idi" - Müsahibə
- Azərbaycanlı məşqçi İndoneziya millisini çalışdıra bilər - FOTO
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- “Qarabağ”ın futbolçusu milliyə çağrılıb
- Azərbaycan gimnastı Dünya Kubokunda medal qazandı
0
0