"Yuventus"un yeni transfer hədəfi bilinib
30.04.2024 - 21:44
!["Yuventus"un yeni transfer hədəfi bilinib](https://apasport.az/storage/news/2024/april/30/big/66310e606e90c66310e606e90d171449097666310e606e90a66310e606e90b.jpg)
"Yuventus" heyətini gücləndirmək imkanları üçün transfer bazarını araşdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, "qoca sinyora" PSJ-nin yarımmüdafiəçisi Manuel Uqarteyə göz dikib. Turin klubu 23 yaşlı uruqvaylı üçün icarə təklifi edə bilər.
2023/2024 mövsümündə Uqarte müxtəlif yarışlarda PSJ-nin 35 rəsmi matçında iştirak edib və cəmi 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlavə edək ki, nüfuzlu "Transfermarkt" portalının mütəxəssisləri Manuel Uqarteni 60 milyon avro qiymətləndirirlər.
0
0