Ziyeş Qətər klubuna doğru
29.01.2025 - 14:18
![Ziyeş Qətər klubuna doğru](https://apasport.az/storage/news/2025/january/29/big/679a00906879b679a00906879c1738145936679a009068799679a00906879a.jpg)
“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş karyerasını Qətərdə davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Ziyeşə Qətərin “Əd-Duhail” klubundan təklif gəlib.
31 yaşlı futbolçu bu keçidə müsbət yanaşır. Hazırda klublar arasında danışıqlar gedir.
Qeyd edək ki, Ziyeş bu mövsüm 11 matçda meydana çıxıb və 1 qol ötürməsi verib
0
0