Təmsilçimiz dünya reytinqində 7-ci pillədə yer alıb
22.07.2024 - 10:56
![Təmsilçimiz dünya reytinqində 7-ci pillədə yer alıb](https://apasport.az/storage/news/2024/july/22/big/669e003534b8f669e003534b901721630773669e003534b8d669e003534b8e.jpg)
Dünyanın ən güclü çəkicatanlarının reytinq siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Anna Skidan 7-ci pillədə yer alıb.
Təmsilçimizin hesabında 1280 bal var. Cədvələ kanadalı Kamrin Rocers başçılıq edir. Növbəti pillələrdə amerikalı atletlər - Canni Kasanavoid və Deanna Prays qərarlaşıblar.
Qeyd edək ki, Anna ölkəmizi Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edəcək.
0
0