18 yaşlı fransız top-klubların hədəfində
18.01.2024 - 16:01
18 yaşlı fransız top-klubların hədəfində

Fransanın gənclərdən ibarət yığmasının üzvü "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Apasport.az xəbər verir ki, Premyer Liqa klubu  "Lill"in müdafiəçisi Leni Yoronun transferi üçün təklif hazırlayır. 

“Real”, “Bavariya”, “Liverpul”, “Çelsi” və PSJ klubları da 18 yaşlı futbolçunu diqqət mərkəzində saxlayır. “Lill” komandası isə arxa xətt oyunçusunun daha bir neçə il komandada qalmasını istəyir. Onun Liqa 1 klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. 

Qeyd edək ki, bu mövsüm mərkəz müdafiəçisi 23 oyunda 3 qol vurub. “Transfermarkt” portalı onu 25 milyon avro dəyərində qiymətləndirir.

writer photo
Əlirza Əlirzalı
0