Poqba 2 ay oynamayacaq
26.07.2022 - 09:20
“Yuventus”un futbolçusu Pol Poqbanın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, “Yuventus”un yarımmüdafiəçisi yeni mövsümün startını buraxacaq.
Fransalı futbolçu meniskini zədələyib. Pol əməliyyat olunacaq. O, iki aya yaxın müddət meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Mançester Yunayted”lə müqaviləsi başa çatan Poqba bu yay “Yuventus”a azad agent kimi qayıdıb.
0
0