Estoniya – Azərbaycan: KİM ŞANSLIDIR?
13.10.2023 - 13:02
Estoniya – Azərbaycan: KİM ŞANSLIDIR?

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya - Azərbaycan görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq rəqibimizi matçın favoriti sayırlar. 

Bu gün Tallində baş tutacaq matçda Estoniyanın qələbəsi 2,34, millimizin uğuru 3,26 əmsaldır. Qarşılaşmada heç-heçəyə 2,99 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0