İngiltərə növbəti mövsüm 8 klubla yarışacaq
08.06.2023 - 01:33
İngiltərə növbəti mövsüm 8 klubla yarışacaq

İngiltərə növbəti mövsüm Avropa kuboklarında 8 klubla təmsil olunacaq.

Apasport.az-ın məlumatına görə, “Vest Hem” Konfrans Liqasında uğur qazanaraq, siyahıya əlavə olunub.

Premyer Liqanın 2022/23 mövsümünün nəticələrinə görə, “Mançester Siti”, “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl” Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ əldə ediblər. Avropa Liqasına vəsiqə qazanan “Liverpul”la “Brayton”a Konfrans Liqasında uğur qazanan “Vest Hem” əlavə olunub. 

Qeyd edək ki, daha bir ingilis təmsilçisi “Aston Villa” Konfrans Liqasında mübarizə aparacaq.
 

writer photo
Əlirza Əlirzalı
0