Proqnozsevərləri yüksək dəqiqlik ehtimallı ödənişli kuponlar təklif edən “Apasport” ötən həftəni də uğurla başa vurub. İyulun 31-dən avqustun 6-dək olan dövrdə keçirilən oyunlar üçün hazırlanan belə variantlardan 19-u uduşla nəticələnib.
Bununla da rekord təkrarlanıb. 2 həftə əvvəl – iyulun 17-23-də də 19 “Ödənişli” qalib olub. Ümumilikdə isə ardıcıl üçüncü həftə “Ödənişli”dəki uduş sayı “10+” olub.
Son həftənin belə kuponları 55,50 əmsallıq qazanc gətirib. Orta hesabla gündə 2,71 “Ödənişli” dəqiq olub. Gündəlik orta uduş əmsalı 7,93-dür.
Həftənin hər günündə “Ödənişli”də uduş qeydə alınıb. İyulun 31-də, avqustun 3-də və 4-də dörd uduş qeydə alınıb. Üç “poker”li həftədə “het-tik” və “dubl” da yaşanıb. Avqustun 6-da üç, 1-də iki “Ödənişli” müştərilərə qazanc gətirib. Ayın 2-də və 5-də isə bir belə uduş gerçəkləşib.
İyulun 27-dən başlayan uğurlu seriya da davam edib. Son 11 günün hər birində “Ödənişli”də uduş qeydə alınıb.
Həftənin ən böyük “Ödənişli” uduşu 6,45 əmsaldır. Bu, iyulun 31-də qeydə alınıb.
Daha iki dəfə dəqiq ödənişlinin əmsalı “4+”ə bərabər olub. Bu kuponlar 4,45 və 4,07 qat qazanc gətirib. Üç “Ödənişli” isə 3-4 əmsal aralığında uduşla yekunlaşıb.