Ronaldo “Əl-Nəsr”dən qaçmağın yollarını axtarır - SƏBƏB
23.05.2023 - 15:00
Ronaldo “Əl-Nəsr”dən qaçmağın yollarını axtarır - SƏBƏB

Kriştiano Ronaldo yenidən Avropaya qayıtmaq istəyir.

Apasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayan 38 yaşlı hücumçu mövsümün sonunda yenidən “Köhnə qitə”yə geri dönməyi planlaşdırır.

Bu ilin yanvarında 500 milyon avro qarşılığında ərəb klubu ilə 2,5 illik müqavilə imzalayan portuqaliyalı yerli infrastrukturdan narazıdır. Ailəsinin ərəb yarımadasına uyğunlaşmağa çətinlik çəkməsindən də şikayətlənən superulduz 2025-ci ilə qədər olan müqaviləsini ləğv etmək qərarına gələrsə, bu zaman konpensasiya ödəməli olacaq. Çünki futbolçunun müqaviləsində bu barədə xüsusi bənd mövcuddur.

Qeyd edək ki, Ronaldo bu mövsüm 14 matçda 13 qol vurub, 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0