Merih Demiral oyunun ən yaxşısı seçildi
03.07.2024 - 01:31
Merih Demiral oyunun ən yaxşısı seçildi

Avro-2024-ün 1/8 finalında keçirilən Avstriya - Türkiyə matçının (1:2) ən yaxşı futbolçusu açıqlanıb.

Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada 26 yaşlı müdafiəçi Merih Demiral layiq görülüb.

O, oyunun 1-ci dəqiqəsində hesabı açıb. Merih 59-cu dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub. Həmçinin Demiral oyunda dəfələrlə Avstriyanın təhlükəli hücumlarının qarşısını kəsməyi bacarıb. Nəticədə Türkiyə rəqibi 2:1 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb. 

Bu mərhələdə komanda Niderlandla qarşılaşacaq. Matç iyulun 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0