Ronaldodan antirekord
06.07.2024 - 13:22
Ronaldodan antirekord

Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo Avropa və dünya çempionatlarındakı antirekordunu yeniləyib.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, Almaniyada təşkil olunan Avropa çempionatında 5 oyunda meydana çıxan 39 yaşlı hücumçu topa orta hesabla 29,1 dəfə toxunub.

Bununla da o, 2022-ci ildə keçirilən dünya çempionatındakı antirekordunu yeniləyib. Ronaldo bu baxımdan ən yaxşı göstəriciyə DÇ-2006-da imza atıb - 66,2 toxunuş.

Qeyd edək ki, Portuqaliya millisi 1/4 finalda qarşılaşdığı Fransa ilə matçda penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

writer photo
Əlirza Əlirzalı
0