Yanq “Everton”a keçdi
11.07.2023 - 23:19
Yanq “Everton”a keçdi

Eşli Yanq sərbəst agent kimi “Everton”a qoşulub.

Apasport.az-ın məlumatına görə, o, bir illik müqavilə imzalayıb.

Son mövsümünü “Aston Villa”da keçirən təcrübəli komandanın yeni təklifini qəbul etməyib. 38 yaşlı yarımmüdafiəçi gücünü “Everton”da sınamaq qərarını verib.

Qeyd edək ki, Yanq 2022/23 mövsümündə bütün turnirlərdə 32 oyunda bir dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0