50 milyonluq müdafiəçi
09.07.2023 - 17:41
Lyuk Ernandes “Bavariya”nı tərk edib.
Apasport.az-ın məlumatına görə, PSJ onun keçidi üçün 50 milyon avro ödəyib.
Fransa yığmasının müdafiəçisi Paris klubu ilə 2028-ci il iyunun sonunadək müqavilə imzalayıb. Ernandes 2019-cu ildən 80 milyon avroya “Atletiko”dan Münhen klubuna keçmişdi. O, “Bavariya”nın heyətində 4 dəfə Almaniya çempionu olub.
Qeyd edək, Ernandes ötən ilin noyabrında Qətərdə keçirilən dünya çempionatında zədələnmişdi. Bundan sonra meydana çıxmayan 27 yaşlı müdafiəçinin avqustda yaşıl meydana dönəcəyi gözlənilir.
0
0