Abdulla Zubir: “Buraya inamlı gəlmişik”
04.10.2023 - 22:13
Abdulla Zubir: “Buraya inamlı gəlmişik”

"Həftəboyu yaxşı hazırlaşmışıq. "Hekken" çox yaxşı komandadır. Çox yaxşı oyun qururlar. Sürətli, keyfiyyətli oyunları var. Amma bütün bunlara baxmayaraq, buraya inamlı gəlmişik. Azərbaycana xoş nəticə ilə qayıtmaq istəyirik".

Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın üzvü Abdullah Zubir deyib. O, Avropa Liqasının qrup mərhələsinin "Hekken"lə görüşündən öncə keçirilən mətbuat konfransında danışıb.

Fransalı futbolçu öz performansından da danışıb: "Qarabağ" böyük klubdur. Böyük klub da təzyiq deməkdir. Ona görə bunu dərk edirik. Bilirəm ki, bizim komandadan gözləntilər yüksəkdir. Hamı yaxşı nəticə gözləyir. Məşqlərdə həmişə səylə çalışıram. Təbii ki, inkişaf etməyə çalışıram. Komanda olaraq azarkeşlərimizi sevindirməyə çalışırıq. Əlimdəm gələni edirəm ki, yerimdə saymayım".

Qeyd edək ki, “Qarabağ” sabah səfərdə “Hekken”in qonağı olacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0