De Liqt "Bavariya"dan ayrılmağa yaxındır
11.07.2024 - 16:40
De Liqt "Bavariya"dan ayrılmağa yaxındır

Niderlandlı futbolçu Matteys de Liqt “Mançester Yunayted”ə keçməyə yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano paylaşıb. 

Müdafiəçi yalnız “qırmızı şeytanlara” keçmək istədiyini bildirib. Artıq şəxsi razılıq da əldə olunub. “Bavariya” futbolçu üçün 50 milyon avroya yaxın təklif gözləyir.

Əgər keçid reallaşarsa, De Liqt 2029-cu ilə kimi “Yunayted”in futbolçusu olacaq. 

Qeyd edək ki, futbolçu ötən sezon Bundesliqa klubunun heyətində 30 oyuna çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0