Adil Şükürov: "Kəpəz" elə-belə komanda deyil, tarixi klubdur"
09.08.2024 - 22:22
Adil Şükürov: "Kəpəz" elə-belə komanda deyil, tarixi klubdur"

"Yeni qurulan komandayıq. Yeni oyunçular gəlib. Komanda formalaşdırmaq müəyyən vaxt alacaq. Belə nəticələrin olması da təbiidir. Komandanı daha da yaxşı vəziyyətə gətirməyə çalışırıq. Ötənilki kimi mübariz komanda formalaşdırmaq istəyirik. Bu yöndə də işimiz davam edir".

Apasport.az xəbər verir ki, bunu Misli Premyer Liqasının II turunda "Qarabağ" - "Kəpəz" oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Danışıq apardığınız futbolçu var?
- Bir nəfər var. Keverton bizimlədir. Çalışacağıq ki, gələn həftə sifariş edək, oyunlarda oynasın.

- Əvvəlki komandanı qurmaq üçün nə qədər vaxt lazımdır?
- Özüm komandaya inanmaq istəyirəm. Bugünkü məşqçi olaraq komandaya inanmalıyıq. Addımları görməliyik. Ondan sonra nəsə deyək. "Kəpəz" elə-belə komanda deyil, tarixi klubdur. Azarkeş də bu məğlubiyyəti qəbul etmir. Biz də etmirik, istəmirik. Məğlubiyyətlər acıdır. Futbolçuların psixoloji durumlarını düzəltmək istəyirik. Hər kəs istəyir ki, əvvəlki komanda qurulsun. Komandanın demək olar k, 80-90 faizi yoxdur.

- "Kəpəz"in oyunçularını Premyer Liqa klubları götürür. "Zirə" üç futbolçunuzu transfer edir. Ola bilər ki, bu futbolçularla uzunmüddətli müqavilə imzalayasız?
- Bu yöndə də işlərimizi aparırıq. Əksər oyunçularla 1+1 şərtilə imzalayırıq ki, gələn il komandanı gücləndirək. Futbolçularla 3 illik müqavilə imzalamaqla deyil, müqavilə şərtlərini yerinə yetirmək lazımdır. Komandaya dəstək olmalıdır. Olmayanda, istəyirsən 10 illik müqavilə imzala, əhəmiyyəti qalmır. Futbolçunu saxlamaq üçün müəyyən artım olmalıdır. Ödəyə bilmiriksə, futbolçu gedir. Komandanın aparıcı oyunçuları gedir. Tam başqa fikirləşirdik, başqa şeylər qarşımıza çıxdı. Hər kəsdən də istəyirəm ki, mübariz "Kəpəz" üçün səbirli olaq.

writer photo
Əlirza Əlirzalı
0