“Komanda yorğun idi. Hələ ki, üç gündən bir oynamağa tam hazır deyilik”.
Apasport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının ilk turunda “Kəpəz” 0:1 hesablı məğlubiyyəti şərh edib. Mutu oyunun taleyini həll edən epizodda səhvə yol verdiklərini bildirib: “İlk hissdə epizodları qola çevirə bilmədik. Böyük səhv etdik və bu, penalti ilə nəticələndi. Rəqib də bizi cəzalandırdı”.
- Sanki futbolçularınızın fikri "Beşiktaş"la oyundadı. Rəqibi təhlil etmisiniz?
- "Beşiktaş"la matçda ağlımızdan yalnız qələbə keçir. Gəncəyə qalibiyyət üçün gəlmişdik. Etiraf edim ki, məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə olardı. Amma istənilən halda, "Kəpəz"i qələbə münasibəti ilə təbrik edirəm.
- Çempionluğa namizəd komandalar - " Qarabağ" və "Neftçi" ilk turda məğlub oldu. Bu mövsüm hər iki komanda üçün çətin olacağını demək olar?
- Bayaq dediyim kimi, üç gündən bir oynamaq çətindir. Xüsusən də bu cür isti havada. Çempionata qaldıqda, bəli, çətin olacağı gözləniləndir.
- "Qalatasaray"ın futbolçusu Olimpiu Morutanın adı "Neftçi" ilə hallanır. Bu haqda nə deyə bilərsiniz?
- Bu haqda heç nə yoxdur.