Adrian Mutu: "Ona şans vermək riskli idi" - MÜSAHİBƏ
20.08.2023 - 22:31
Adrian Mutu: "Ona şans vermək riskli idi" - MÜSAHİBƏ

“Ağır və çətin oyun oldu”.

Apasport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib. 

Rumiyalı mütəxəssis Misli Premyer Liqasının III turunda qələbə qazana bilmədiklərinə görə təəssüflənib. Mutu komandanın yaxşı mübarizə aparadığını bildirib: “Xarakter göstərməyi bacardıq. Futbolçularımı təbrik edirəm. Meydanda sona kimi vuruşdular. Qələbə qazanmağa çalışdıq. Təəssüf ki, alınmadı. Vacib olan komandanın qələbə üçün sona qədər mübarizə aparmasıdır”.

- Planınız ilk hissədə oyunu müdafiədən qurmaq idi?
- Təxminən belə idi.

- Rza Rzayevin performansı sizi qane etdi?
- Bəli. Çətin və məsuliyyətli oyun idi. Ona şans vermək riskli idi. Amma Rza bu gün göstərdi ki, gələcəkdə Azərbaycanın bir nömrəli qapıçılarından biri ola bilər.

- Qara Qarayevin gərgin olmasının səbəbi nə idi?
- Gərgin olduğunu deməzdim. Qara oyuna köklənmişdi. Yavaş-yavaş öz istədiyi formaya çatır. Bu gün "Neftçi"də ən yaxşı oyununu göstərdi. Onun bizə çox köməyi dəyəcək. 

writer photo
Əlirza Əlirzalı
0