AFFA İntizam Komitəsinin iclası keçirilib
05.03.2024 - 13:36
AFFA İntizam Komitəsinin iclası keçirilib

 Azərbaycan Futbol Federasiyası Assosiyasının İntizam komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, müzakirələrdən sonra bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Misli Premyer Liqasında XXV turun “Zirə” – “Turan Tovuz” oyununun 43-cü dəqiqəsində “Zirə” klubunun 70 nömrəli futbolçusu İssa Cibrila rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə” klubu 800 manat cərimə edilib.

“Qəbələ” – “Səbail” oyununun 40-cı dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimələnib. 

Əvəzedicilər Liqasında XXV turun “Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” və “Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilib. 

“Zirə-2” – “Turan Tovuz-2” oyununun 84-cü dəqiqəsində “Turan Tovuz-2” komandasının 83 nömrəli futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 80 manat cərimə edilib.

“Neftçi-2” – “Qarabağ-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib.

29.02.2023-cü il tarixində futzal üzrə Yüksək Liqada XIV turun “Araz Naxçıvan” – “Record club” oyununda “Record club” komandasının oyunçusu Arzu Abbasovun oyunun 37-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılıb. 

“Neftçi İK İB” – “U-19” oyununda ”U-19” komandasının oyunçusu Qüdrət Qasımzadənin oyunun 22-ci dəqiqəsində oyunun bərpasını ləngidilməsi səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb.

29.02.2023-cü il tarixində futzal üzrə Yüksək Liqada XV turun PFL – “Şuşa” oyununda, “Şuşa” komandasının oyunçusu Üzeyir Sadıqovun oyunun 3-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılıb.

03.03.2024-cü il tarixində AFFA U-17 Qızlar Liqasının “Neftçi PFK” – “Sabah FK” oyununda hər iki komanda tam heyətlə meydanda olmağına baxmayaraq, həkim olmadığına görə oyun baş tutmadığı üçün “Neftçi” komandasına 0:3 hesablı texniki məğubiyyət verilib.

03.03.2024-cü il tarixində AFFA Yüksək Qızlar Liqasının “Olimpiya” (Ağcabədi) – “Qəbələ” İK” oyununda "Olimpiya” (Ağcabədi) komandasından 20 nömrəli oyunçusu Çinarə Əhmədovanın təcavüzkar davranış səbəbilə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırıb.

03.03.2024-cü il tarixində AFFA Yüksək Qızlar Liqasının “Olimpiya” (Ağcabədi) – “Qəbələ” İK” oyununda “Qəbələ” İK komandasından 18 nömrəli oyunçusu Cəmalə İsgəndərovanın təcavüzkar davranış səbəbilə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb. 

02.03.2024-cü il tarixində AFFA U-14 Qızlar Liqasının “Mil-Muğan” (İmişli) – “Çinar” FK (Göyçay) oyunu  “Çinar” FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Çinar” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

03.03.2024-cü il tarixində AFFA U-14 Qızlar Liqasının “Səbail” PFK – “Gömrükçü” FK oyununda  “Gömrükçü” FK komandasının baş məşqçisi Kəmalə İbadullayevanın meydana daxil olaraq hakim qərarına kəskin etiraz etdiyinə gorə (2 sarı vərəqə, nəticədə qırmızı vərəqə) meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılıb.

writer photo
Əlirza Əlirzalı
0