AFFA rəsmisi Çempionlar Liqasında
06.12.2023 - 11:01
AFFA rəsmisi Çempionlar Liqasında

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Qadın futbolçular arasında təşkil olunan UEFA Çempionlar Liqasının B qrupunun üçüncü turunun “Sankt-Polten” (Avstriya) – “Slaviya Praqa” (Çexiya) qarşılaşmasının UEFA nümayəndəsi Zümrüd Ağayeva olacaq. Bu matç dekabrın 13-də keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0