AFFA Samir Abasovun cəzasını yüngülləşdirdi
25.11.2022 - 12:43
AFFA Samir Abasovun cəzasını yüngülləşdirdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalında “Sabah”, “Sumqayıt” və futzal komandası “Neftçi”nin şikayətinə baxılıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçilərinin şikayəti qismən təmin olunub.

AFFA İntizam Komitəsinin “Sumqayıt”ın baş məşqçisi Samir Abasova verdiyi 5 oyunluq cəzada dəyişiklik edilib. Bu, 3 oyun şərti tətbiq edilməklə 5 matçlıq kənarlaşdırılma ilə əvəzlənib. Sınaq müddəti qərarın qəbul edildiyi tarixdən etibarən 3 ay təyin olunub. Baş məşqçi sınaq müddəti ərzində yenidən İntizam Məcəlləsi ilə müəyyən olunan hər hansı bir pozuntuya yol verdiyi halda həmin pozuntuya görə cəza təyin olunarkən 3 oyunluq kənarlaşdırma cəzası da tətbiq olunacaq. “Sumqayıt” barəsində verilən 4000 manatlıq cərimə isə qüvvədə saxlanılıb.

Bundan başqa AFFA İntizam Komitəsinin “Sabah”a kəsdiyi 4000 manatlıq cərimə də ləğv olunub.

Əvəzində “Neftçi” İK-nın apellyasiya müraciəti təmin edilməyib. Adıçəkilən komandanın futzalçısı Namiq Məmmədkərimov barəsində verilən 10 oyunluq diskvalifikasiya qüvvədə qalıb.

writer photo
Əlirza Əlirzalı
0