Aleksey Baqa yığmaya namizəd oldu
28.09.2022 - 09:50
Aleksey Baqa yığmaya namizəd oldu

“Sumqayıt”dan yenicə istefaya göndərilən Aleksey Baqanın işsiz günləri qısa çəkə bilər.

Apasport.az saytının Belarus mətbuatına istinadən məlumatına görə, 41 yaşlı mütəxəssis ölkəsində çalışmağa yaxındır.

Çünki Baqa Belarus millisinin baş məşqçisi postuna namizəddir. Millətlər Liqasındakı uğursuz çıxışdan sonra yerli futbol federasiyası hazırkı çalışdırıcı George Kondratyevlə yollarını ayırmağı planlaşdırır. Onu əvəzləməyə əsas namizədlər isə Baqa və “Minsk”in baş məşqçisi Vadim Skripçenkodur.

Qeyd edək ki, Aleksey Baqa “Sumqayıt”dan əvvəl ölkəsində BATE, Litvada “Jalgiris”, Qazaxıstanda isə “Aktobe” və “Şaxtyor”u (Soliqorsk) çalışdırıb.
 

writer photo
Əlirza Əlirzalı
0