Aquero: "Ronaldonun əla karyerası olub, ancaq Messi..."
21.12.2022 - 20:45
Aquero: "Ronaldonun əla karyerası olub, ancaq Messi..."

"Messinin dünyanın ən yaxşısı olduğuna heç bir şübhəm yoxdur. Dünya çempionatından əvvəl də belə düşünürdüm, indi də".

Apasport.az xəbər verir ki, bunu Argentina millisinin və "Mançester Siti"nin keçmiş forvardı Serxyo Aquero deyib.

O, Kriştianu Ronaldo ilə Lionel Messi arasındakı rəqabətdən danışarkən həmyerlisinin tərəfində olub: “Kriştianunun əla karyerası olub və çox yönlü idmançıdır. Ancaq Leo, əlbəttə ki, ən yaxşı idi və belə də qalır".

writer photo
Əlirza Əlirzalı
0