Avropa Oyunları: Lunyovla Nəsirovadan sonuncu yer
27.06.2023 - 12:44
Avropa Oyunları: Lunyovla Nəsirovadan sonuncu yer

Krakov-2023 III Avropa Oyunlarının atıcılıq yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün qarışıq komandaların tapança ilə 25 m məsafədən atəş açma yarışına start verilib.

Azərbaycan yığması da təsnifat mərhələsində qüvvəsini sınayıb. Ruslan Lunyov və Nigar Nəsirova hədəf önünə keçib.

Onlar yarışı 525 xalla başa vurub. Təmsilçilərimiz 9 komanda arasında sonuncu olub.

Qeyd edək ki, ilk 8 yerin sahibi final mərhələsinə yüksəlib.
 

writer photo
Əlirza Əlirzalı
0