Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Apasport.az saytı xəbər verir ki, Çempionlar Liqasının elit-raunduna vəsiqə qazanmaq istəyən ölkə çempionu bu dəfə Viktor Uqo Piresa ilə ortaq məxrəcə gəlib.
Onunla da anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub. 23 yaşlı hücumçu ötən mövsümü Qazaxıstan çempionatında keçirib. O, “Atırau” klubunun formasını geyinib. Futzalçı artıq Çempionlar Liqasının oyunlarında da təcrübə toplayıb. O, iki il əvvəl “Jalgiris”in heyətində qitənin əsas klub yarışında 3 oyun keçirib, 2 qol vurub.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Mateus Katatau, Vitao və Rövşən Hüseynli ilə müqavilə imzalayıb. Təmsilçimiz avqustun birinci yarısında hazırlığa başlayacaq. Çempionlar Liqasında isə meydana oktyabrda çıxacaq.