Azərbaycan klubu "Liverpul"lu hücumçunu yola saldı
04.01.2023 - 10:55
Azərbaycan klubu "Liverpul"lu hücumçunu yola saldı

"Zirə" Təmkin Xəlilzadədən sonra daha bir futbolçusu ilə vidalaşıb.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, mövsümün əvvəlində komandaya cəlb olunan Toni Qomeslə yollar ayrılıb.

Qvineya-Bisau millisinə dəvət alan 24 yaşlı hücumçu ilə 2 illik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Liverpul"un gənclərdən ibarət komandasının üzvü olmuş forvard karyerası ərzində "Forest Qriin Rovers" (İngiltərə), "Arouxa" (Portuqaliya), "Haras el Hodud", "Tala`ea el Qaiş" (hər ikisi Misir), "Menemenspor", "Tuzlaspor"un (hər ikisi Türkiyə) da formasını geyinib.

Qeyd edək ki, bu ilin yayında "Zirə"yə gələn Qomes əsas heyətə düşə bilməyib.

writer photo
Əlirza Əlirzalı
0