Naxçıvanda təşkil edilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasında III tur sona çatıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın birinci komandası Kubanı, ikinci komanda isə Latviyanı 2,5:1,5 hesabla məğlub edib.
Sumqayıt İngiltərəni eyni hesabla üstələyib. Azərbaycan-4 Monqolustanla, Naxçıvan Moldova ilə, Azərbaycan-3 CAR-3 ilə heç-heçə oynayıb 2-2.
III tur
Kuba - Azərbaycan-1 - 1,5:2,5
Azərbaycan-2 - Latviya - 2,5:1,5
Azərbaycan-4 - Monqolustan - 2:2
Moldova - Azərbaycan-Naxçıvan - 2:2
Azərbaycan-Sumqayıt - İngiltərə - 2,5:1,5
CAR-3 - Azərbaycan-3 - 2:2
Üç turdan sonra Azərbaycan-1, Qazaxıstan və Türkiyə maksimum nəticə ilə (6 xal) ilk üçlükdə qərarlaşıb.
Qeyd edək ki, olimpiadada 23 ölkədən 34 komanda mübarizə aparır.