Azərbaycan millisinin heyəti açıqlandı
19.02.2023 - 16:47
Azərbaycan millisinin heyəti açıqlandı

Fevralın 20-dən 28-dək Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Apasport.az xəbər verir ki, hazırlıq prosesinə 24 futbolçu dəvət edilib.

Toplanışa dəvət olunanlar aşağıdakı futbolçulardır:

Rauf Əyyubov, Əlibəy Mahmudov, Həzrət Səmədov, Sinan Mehdizadə, İbrahim Xəlilov, İslam Həsənov (hamısı "Sabah"), Ayxan Qocayev, İlkin Həzizadə, Murad Səlimov (hər üçü "Sumqayıt"), Elbrus Kərimov ("Şamaxı"), Nihad İsaqov, Hüseyin Məmmədov (hər ikisi "Kəpəz"), Hüseyin Atayev ("Turan Tovuz"), Bahadur Quliyev, Hüseyin Vəlizadə, Emil Usubov, Əhliman Suleymanzadə (hamısı "Zirə"), Əmir Fətiyev, Elvin Vəliyev, Nicat Məhərrəmov (hər üçü "Neftçi"),  Akif Əliyev, Toğrul Haqverdiyev (hər ikisi EFA), Ariz Kərimov ("Qəbələ"), Əlibaba Fətəliyev ("Səbail").

writer photo
Əlirza Əlirzalı
0