Fransa yığmasının daha bir futbolçusu DÇ-2022-ni buraxacaq
19.10.2022 - 09:44
Fransa yığmasının daha bir futbolçusu DÇ-2022-ni buraxacaq

“Lion”un yarımmüdafiəçisi Korentin Tolisso Fransa Liqa1-nin XI turunda “Renn”lə oyunda (2:3) zədələnib.

Apasport.az saytının məlumatına görə, bu üzdən futbolçu DÇ-2022-ni buraxmalı olacaq.

Tibbi müayinədən sonra Fransa millisinin üzvünə sol bud nahiyəsindən zədə diaqnozu qoyulub. 28 yaşlı hücumameyilli oyunçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Ona qədər isə Fransa yığmasının digər yarımmüdafiəçisi Nqolo Kantenin də zədə səbəbindən mundialı buraxacağı açıqlanıb.

Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-də start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0