"Lion"da əlcəzairli futbolçu
31.01.2024 - 18:24
"Lion"da əlcəzairli futbolçu

"Vest Hem"in hücumçusu Said Benrahma Fransaya gedir/

Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu "Lion"a keçməyə yaxındır. 

Əlcəzair millisinin də şərəfini qoruyan təcrübəli forvardın icarəsi ilə bağlı klublar arasında razılıq əldə olunduğu bildirilir. Oyunçunun keçidinə görə fransızlar qarşı tərəfə 5 milyon avro ödəyəcək. “Lion” futbolçunu daimi əsasda transfer etmək istəsə bu zaman 12 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, bu mövsüm 22 oyunda meydana çıxan Benrahma 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0