"Selta"nın eks kapitanına təcavüz şoku
31.01.2024 - 11:22
"Selta"nın sabiq kapitanı Uqo Malio qalmaqala düşüb.
Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu cinsi təcavüzdə ittiham olunur. 32 yaşlı oyunçunu 3 ilə qədər həbs gözləyir.
İddialara görə, Malio 2019-cu ildə “Espanyol” ilə La Liqa matçından əvvəl komandanın maskotu olan tutuquşu kostyumundakı qızın sinəsinə toxunub.
Futbolçunun günahı sübuta yetirilərsə, o, 2 il ərzində hər ay qıza mənəvi ziyana görə təzminat ödəməli olacaq.
Qeyd edək ki, “Selta”nın öz yetirməsi olan Uqo ötən ilin sentyabrından Braziliyanın “İnternasional” klubunda çıxış edir.
0
0