Azərbaycan – Qazaxıstan: Hakimlər açıqlandı
22.09.2022 - 12:16
Azərbaycan – Qazaxıstan: Hakimlər açıqlandı

Azərbaycan – Qazaxıstan oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanı almaniyalı ədalət təmsilçiləri idarə edəcək.

Matçın baş hakimi Harm Osmers olacaq. Ona həmyerliləri Robert Kempter və Dominik Şaal kömək edəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

Qeyd edək ki, Millətlər Liqasının C liqasının 3-cü qrupunda baş tutacaq VI turun görüşü sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0