Azərbaycan yığması serbiyalı mütəxəssisə tapşırıldı
28.02.2023 - 14:05
Azərbaycan yığması serbiyalı mütəxəssisə tapşırıldı

Atıcılıq üzrə Azərbaycan milli komandalarına yeni baş məşqçilər təyin olunub. 

Atıcılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, Güllə atıcılığının tüfəng növü üzrə yığma 53 yaşlı serbiyalı Nemanya Mirosavlyevə həvalə edilib. 

O, 5 Yay Olimpiya Oyununda, dünya və Avropa çempionatlarında iştirak edib, 50 m və 10 m məsafəyə güllə atıcılığından yüksək nəticələr göstərib.

Stend atıcılığının səngər növü üzrə baş məşqçi postuna Güray Ali Emre gətirilib. O, atıcılıq üzrə yüksək nəticələr nümayiş etdirən Türkiyə yığmasının da məşqçisi olub. 

Millilərdən əlavə, snayper yetişdirmək üçün federasiya 4 beynəlxalq məşqçi ilə də müqavilə imzalayıb. Mosin Vasiliy, Nalband Mert, İlnam Yavuz və Edin Faziliya Azərbaycanda məşqçi kimi fəaliyyətə başlayıb, müxtəlif növlər üzrə atıcıların hazırlığı ilə məşğul olacaqlar.

Bu təyinatlar yığma komandaların qarşıdakı beynəlxalq yarışlara hazırlığını təmin etmək, eləcə də, yüksək səviyyəli atıcılar hazırlamaq məqsədi daşıyır.

writer photo
Əlirza Əlirzalı
0