Azərbaycandan təklif alan futbolçu Türkiyə yolunda
16.08.2022 - 11:03
Azərbaycandan təklif alan futbolçu Türkiyə yolunda

Bir müddət əvvəl Azərbaycan klublarından təklif aldığı bildirilən rusiyalı futbolçu Artyom Dzyubanın yeni klubu müəyyənləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.

Çünki “Adana Demirspor” Rusiya millisinin üzvünün keçidində maraqlıdır. Super Liqa təmsilçisi “Zenit”dən ayrılaraq azad agent statusu daşıyan Dzyuba ilə rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, “Adana Demispor”da hazırda Mario Balotelli və Yaroslav Rakitski kimi tanınmış futbolçular çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0