“Barselona” onu qaytarır
14.10.2022 - 11:36
“Barselona” onu qaytarır

“Barselona” futbolçusu Niko Qonsalesi geri qaytarmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi “Valensiya”ya icarəyə verilən yarımmüdafiəçinin vaxtından əvvəl qaytarılmasını istəyir.

Buna səbəb kataloniyalıların heyətində zədəlilərin çox olmasıdır. Bu üzdən yaranan boşluqları aradan qaldırmaq üçün Nikonun qayıdışına ehtiyac yaranıb.

Qeyd edək ki, bu yay “yarasalar”a qoşulan 20 yaşlı yarımmüdafiəçi 7 oyuna 1 qol vurub. Onun icarə müqaviləsi mövsümün sonunda başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0