“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunda “Şamaxı” ilə qarşılaşmada zədələnən yarımmüdafiəçi Filip Ozobiçin durumuna aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis qarşılaşmanın 19-cu dəqiqəsində zədələnərək əvəzlənən milliləşdirilmiş futbolçunun dizində problem yaşandığını söyləyib.
O, tibbi müayinədən sonra dəqiq məlumat əldə edəcəklərini vurğulayıb: “Ozobiçlə bağlı hələ dəqiq məlumat yoxdur. Yəqin ki, Bakıya döndükdən sonra sabah bilinəcək. Dizində əsnəmə oldu. Bu da meydançanın durumu ilə bağlı idi”.
Qeyd edək ki, “Qarabağ” “Şamaxı”nı səfərdə 4:0 hesabı ilə məğlub edib.