Bədavi Hüseynov millidən kənarlaşdırıldı
14.11.2022 - 11:45
Bədavi Hüseynov millidən kənarlaşdırıldı

Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, Bədavi Hüseynov yığmadan kənarlaşdırılıb.

Buna səbəb Misli Premyer Liqasının XIV turunda “Sabah”la (0:0) qarşılaşmada “Qarabağ”ın mərkəz müdafiəçisinin zədələnməsidir. Bu üzdən 31 yaşlı futbolçu Moldova və Şimali Makedoniyaya qarşı keçiriləcək yoldaşlıq görüşlərini buraxmalı olacaq.

Qeyd edək ki, millimiz noyabrın 16-da Moldovanın, 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

writer photo
Əlirza Əlirzalı
0