Bəhlul Mustafazadə: "Matçın ciddiyətinin fərqindəyik"
02.11.2022 - 18:46
Bəhlul Mustafazadə: "Matçın ciddiyətinin fərqindəyik"

“Sabahkı oyunun mahiyyətini dərk edirik".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Müdafiəçi Avropa Liqasının qrup mərhələsində “Frayburq”la sabah keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

O, məqsədlərinin doğma azarkeşlər önündə qələbə qazanmaq olduğunu bildirib: “Matçın ciddiyətinin fərqindəyik. Keyfiyyətli komandaya qarşı oynayacağıq. Azarkeşlərimizi sevindirmək üçün maksimum çalışacağıq".

writer photo
Əlirza Əlirzalı
0