Beynəlxalq İdman Jurnalistləri Günüdür - 2 İYUL
02.07.2023 - 12:28
Beynəlxalq İdman Jurnalistləri Günüdür - 2 İYUL

Bu gün idman jurnalistlərinin peşə bayramıdır. 

Apasport.az saytının məlumatına görə, 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. 

Bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 99 yaşı tamam olur. 

Assosiasiya 150-dən artıq ölkənin milli təşkilatını özündə birləşdirir.

“Apasport” bütün idman jurnalistlərini təbrik edir, fəaliyyətində uğurlar arzulayır.
 

writer photo
Əlirza Əlirzalı
0