Cüdoda dünya bürüncü
12.05.2023 - 19:54
Cüdoda dünya bürüncü

Azərbaycanlı cudoçu Dohada təşkil olunan dünya çempionatında bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsiyev fəxri kürsüdə yer alıb.

Yarımfinala qədər məğlubiyyətsiz irəliləyən Kotsiyev bu mərhələdə güclü Lukas Krpalekə (Çexiya) uduzub. Məğlubiyyətə baxmayaraq, bürünc uğrunda görüşdə gürcü rəqibi İlya Sulamadziyə qalib gələn cüdoçumuz medal şansını qaçırmayıb.

Qeyd edək ki, bu, yığmamızın dünya çempionatında ilk medalı olub.
 

writer photo
Əlirza Əlirzalı
0