Diniyev oynadı, komandası "Qalatasaray"a uduzdu
19.01.2024 - 01:39
Diniyev oynadı, komandası "Qalatasaray"a uduzdu

Türkiyədə ölkə kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib.

Apasport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor” səfərdə “Qalatasaray”la qarşılaşıb və rəqibinə 1:4 hesabı ilə məğlub olub.

Diniyev meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Sertan Taşkının oynadığı “Manisa” isə "Trabzonspor"un qonağı olub. Azərbaycanlı futbolçunun komandası səfərdə məğlubiyyətlə üzləşib - 1:3. Taşkının adı heyətə daxil edilsə də, meydana buraxılmayıb.

Beləliklə, "Ümraniyespor" və "Manisa" Türkiyə kubokundakı iştirakını başa vurub.

writer photo
Əlirza Əlirzalı
0