Domenikali Bakıdan hara gedib?
13.06.2022 - 22:38
“Formula-1” üzrə dünya çempionatının təqvimində dəyişiklik ola bilər.
Apasport.az saytının məlumatına görə, yeni mövsümdən CAR Qran-prisinin keçirilməsi planlaşdırılır.
Bu, 2023-cü ilin təqvimində yeni yarış olmalıdır. “Formula-1”in rəhbəri Stefano Domenikali Bakıda təşkil olunan Azərbaycan Qran-prisindən sonra dərhal Yohannesburqa yollanıb.
O, yerli təşkilatçılarla danışıqlar aparacaq. Yarışın “Kyalami” trasında keçirilməsi nəzərdə tutulur.
0
0