“Formula-1”: Günün son yürüşü başladı
10.06.2022 - 18:00
“Formula-1”: Günün son yürüşü başladı

Bakıda “Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşə start verilib. 

Apasport.az saytının məlumatına görə, “Formula-2” pilotlarının sıralama yarışının ardınca “Formula-1” komandaları bolidlərini sınaqdan keçirməyə başlayıblar.

Saat 18:00-da start götürən günün son məşqi bir saat davam edəcək. Birinci sərbəst yürüşdə ən sürətli pilot Serxio Peres (“Red Bull”) olub.

Qeyd edək ki, “Formula-1” pilotlarının sabah baş tutacaq üçüncü sərbəst yürüşü saat 15:00-da start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0