“Gəncə” heyətini amerikalı voleybolçu ilə gücləndirdi
23.01.2024 - 17:11
“Gəncə” heyətini amerikalı voleybolçu ilə gücləndirdi

"Gəncə" heyətinə yeni voleybolçu qatıb.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi amerikalı Vanessa Elena Qarsia ilə sözləşmə imzalayıb.

Müqaviləyə görə, voleybolçu cari mövsümün sonunadək bölgə təmsilçisinin heyətində çıxış edəcək.

Qarsia 2017-2022-ci illərdə ABŞ-ın "Biola University Eagle", ötən il isə Almaniyanın "Provin" klubunda çıxış edib.

 

writer photo
Əlirza Əlirzalı
0