Gimnastlarımızdan 7 medal
17.12.2023 - 15:09
Gimnastlarımızdan 7 medal

Gimnastlarımız daha bir uğura imza atıb.

Apasport.az xəbər verir ki, təmsilçislərimiz Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunan bədii gimnastika üzrə “Winter Stars” beynəlxalq turnirində iştirak ediblər.

Yüksək səviyyəli çıxışı ilə seçilən “Ocaq Sport” Klubunun atletləri turniri 7 medalla başa vurublar.
Təmsilçilərimizdən Nilay Quliyeva, Alsu Abdullayeva, Röya Alıkişiyeva top, Evelin Yoşpa və Maya Kozaçuk halqa ilə qalib adına yiyələnib. Kozaçuk gürzlərlə də qızıl, Alıkişiyeva isə gümüş medala sahib olub.

writer photo
Əlirza Əlirzalı
0