“Azərbaycan millisi yaxşı oynamağı bacarır”.
Apasport.az saytı xəbər verir ki, bunu İordaniya millisinin baş məşqçisi Hüsseyn Ammuta deyib.
Bakıda Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Asiya təmsilçisinin çalışdırıcısı komandamız barəsində danışıb: “Bilirik ki, Azərbaycan millisi Avropanın ən güclü millilərindən deyil. Buna baxmayaraq, texniki heyət rəqibə hörmətlə yanaşır. Millimizin bura ilk səfəridir. Səfərdə yaxşı nəticə əldə edərək, toplanışı yaxşı nəticə ilə bitirmək istəyirik”.
- Norveçə qarşı ağır məğlubiyyətdən sonra psixoloji cəhətdən komandanı oyuna necə hazırlamısız? Azərbaycanla oyundan gözləntiniz nədir?
- Biz rəqibə qarşı yaxşı oynamadıq. Oyundan sonra oyunçularla danışdıq. Sabahkı oyundan qabaq iki məşqimiz var. Oyunlarımızı analiz edəcəyik.
- İordaniya millisinin üzvü Omar Hanni Azərbaycanda oynayır. Onunla söhbət etmisiz?
- Onun performansını izləyirik. Bu dəfəki toplanışda olmayacaq. Amma növbəti toplanışlarda şans əldə edə bilər. Daha çox sabahkı oyuna köklənmək istəyirik. Bilirik ki, Azərbaycan bir neçə gün öncə Belçikaya qarşı oynadı. Rəqibin son dörd oyununu izləmişik. Sabahkı matçda yaxşı nəticə əldə edib, geri qayıtmaq istəyirik.
Hüsseyn Ammuta: “Heyət rəqibə hörmətlə yanaşır” - MÜSAHİBƏ
11.09.2023 - 22:55
0
0